Maraqlı

Pol Makkartni "Sony"ni məhkəməyə verdi

19 Yanvar 2017 08:32
6 Şərh     Baxış: 900
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Britaniyalı musiqiçi Pol Makkartni əvvəllər tərkibində çıxış etdiyi "The Beatles" qrupunun mahnıları ilə əlaqədar "Sony/ATV" səsyazma şirkətini məhkəməyə verib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "Hollywood Reporter" məlumat yayıb.
Məlumata görə, Makkartni, iddiaya görə 1962 və 1971-ci illər dövründə şəxsən müxtəlif səsyazma şirkətlərinə verdiyi "The Beatles"ın bir sıra mahnıları üzərində müəlliflik hüququnu özünə qaytarmaq istəyir.
Sonralar "Yesterday", "Hey Jude" və "Let It Be" də daxil olmaqla bir sıra bəstələr üzərində müəlliflik hüququnu musiqiçi Maykl Cekson alıb, ardınca isə onun ölümündən sonra onlar "Sony/ATV" şirkətinin ixtiyarına keçib.
Makkartninin vəkilləri Amerikanın müəllif hüquqları haqqında olan qanununa istinad edərək bildiriblər ki, 2018-ci ilədək bəstələr üzərində müəlliflik hüququnu geri qaytaracaqlarına ümid edirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.