Aktyor Saruhan Hünelin döydüyü jurnalist sevgilisi Edda Sönmez haqqında yayılan şayiələrə cavab verib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, jurnalist məhkəməyə təqdim etdiyi üzü-gözü göyərmiş fotolarının makiyajla çəkildiyini iddia edən sevgilisinə belə münasibət bildirib:
"Özünü Anadolunun saf uşağı kimi qələmə verən həmin şəxsin (Saruhan Hünel -red.) günahı təkcə bir qadına əl qaldırmaq deyil. O, şəkillərimdə makiyajdan istifadə etdiyimi söyləyərək özünü təmizə çıxarmağa çalışır".
Milli.Az