Havalar isinən kimi uşaqlı-böyüklü hamı təbiət qoynuna qaçır. Ancaq yaşıllığın bol olduğu yerlərdə həşərat və arı sancma ehtimalı gözləmədiyimiz anda istirahətimizi korlaya bilər.
Milli.Az lent.az-a istinadən isti aylarda daha çox yaşanan arı sancmaları ilə bağlı bilməli olduğunuz məqamları təqdim edir.
Arı sancmasının əlamətləri
Sancılan yerdə şişkinlik, ağrı, qızartı, qaşıntı və qabarıqlıq meydana gəlir. Ağrı bir neçə saat olur, sonra azalır. Şişkinlik isə bir-iki günə keçir.
Ölümcül hallara səbəb olan arı sancmaları
Arı sancmaları nadir olsa da həyatı təhlükə daşıyacaq reaksiyalara səbəb ola bilər.
Allergiyası olan insanlarda arı sancmaları zamanı tez müdaxilə etmək lazımdır.
Allergik reaksiya göstərən sancma zamanı mədə bulantısı, qusma, baş gicəllənməsi, huşun itirilməsi, dildə şişmələr, nəfəs almada çətinlik kimi əlamətlər ortaya çıxır. Qan təzyiqində meydana gələn azalma ilə insan şoka girə bilər.
Arı sancarkən ilk olaraq nə etməli?
İlk əvvəl arının iynəsi nəyləsə çıxarılmalıdır. Yara çoxlu su və sabunla yuyulmalıdır. Arı sancan yerə buz qoymaq zəhərin dağılmasını və bədənin verə biləcəyi allergik reaksiyanın şiddətini azalda bilər. Allergiyası olan insanları isə tez bir zamanda həkimə aparmaq lazımdır.
Arı sancmaması üçün nə etməli?
Yay aylarında çiçək qoxulu ətir, şampun, losyon, dezodorant və kosmetik vasitələrdən istifadə etməyin.
Diqqət çəkici pastel rənglər və çiçək naxışlı geyimlər geyinməyin.
Şəkərli yemək və içkilərin ağzı möhkəm bağlanmalıdır.
Üstünüzə arı qonduğu zaman hərəkətsiz qalın, həyəcanlanmayın.
Milli.Az
Maraqlı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Arı sancarsa, nə etməli? - MƏSLƏHƏT
2 İyun 2015 23:10
2 Şərh
Baxış: 28 670

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Siqareti ən asan və tez necə tərgitmək olar?
-
“Universiteti 10 ilə bitirmişəm, çünki...” - VİDEO
-
Bu bitkilər qarışqaları evdən uzaq tutacaq
-
"iPhone 17" nə vaxt satışa buraxılacaq?
-
Sirkəli suyla tərəvəz yuyanlara pis xəbər
-
Uzun yaşamaq istəyirsinizsə bu 4 qidanı əsla yeməyin
-
Bizə ən uyğun peşəni necə seçək?
-
İran-Azərbaycan-Gürcüstan tranzit dəhlizi: Üç ölkənin iqtisadiyyatına necə təsir edə bilər?
-
Melaniya Trampın heykəli oğurlandı
-
Azərbaycanlı futbolçu Türkiyə Superliqasında oynaya bilər
-
Günün qoroskopu: Qorxduğun həqiqət üzə çıxacaq
-
Günü necə planlaşdıraq?
-
Tələbə faciəvi şəkildə öldü - FOTO
-
Yatmazdan əvvəl qəbul edin: Yuxuda əzələ "çıxardacaqsınız"
-
6 il əvvəl yanan “Diqlas”ın yerində nə tikiləcək? - VİDEO
-
"Yiyəsiz qəbirstanlığa oxşayır, gedəndə ürəyim xarab olur" - Xalq artisti
-
Vüsal Məmmədov vəzifəsindən azad edildi
-
Yaşar Nurinin həyat yoldaşı: “Aparıcı soyuducunu açdı - baxın, xalq artistinin evində soyuducu boşdur” - Müsahibə
-
Səfərbərlik Xidmətinin avtobusu qəza törətdi - yaralılar var - FOTO
-
Məhkəmədə şahidlər yenidən ifadə verdi - FOTO
-
Bakıda məktəbdən uşaq oğurlanıb? - sakinlər danışdı: "Hicablı kişi..." - VİDEO
-
Bu səhvləri edirsinizsə, paltaryuyanınızın ömrünü azaldırsınız
-
“Zəkaların mübarizəsi” olimpiadasının final mərhələsi keçirilib - VİDEO - FOTO
-
"Uşaqların ölümündən sən günahkarsan" - Bill Qeytsdən Maska