Maraqlı

Qorxulu kadrlar: meymun uşağı parçalamaq istədi - FOTO

22 İyul 2013 10:47
4 Şərh     Baxış: 11 521
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Makaka rezus meymunları başqa primatlarla müqayisədə daha ağıllı, daha balaca və daha şən sayılırlar


Lakin sirklər və zooparklarda "bol" olan bu meymunlar sinirlənəndə başlarını itirir, balaca, amma təhlükəli yırtıcıya çevrilirlər.

Milli.Az The Daily Mail-ə istinadən bildirir ki, Hindistanın Madhya-pradeş ştatındakı "Ratlam" zooparkında belə makaka uşağa hücum çəkib.

Qəflətən qəzəblənən meymun oğlanın üstünə atılaraq onu yerə yıxıb və parçalamaq istəyib.

Təbii, balaca makakanın uşağı parçalaması mümkünsüz olsa da, dişlərinin yerləri çox dərin yaralar aça bilərdi.

Uşağın atası irəli atılaraq oğlunu meymunun əlindən almağa çalışıb.

İşə zooparkın əməkdaşları qarışıblar və çılğına dönmüş makakanı zorla uşaqdan ayırıblar.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Fotolar: Mail Online
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.