Maraqlı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Modelyer məsləhəti: Bu yaz-yay necə geyinək?
7 Aprel 2013 13:26
0 Şərh
Baxış: 3 358
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Budur, gəldi bahar fəsli, açılıbdır lalə, nərgiz". Bəs görəsən, moda aləmində hansı yeni dəb növləri öz çiçəyini açıb ətir saçmağa başlayacaq? Artıq çoxları bahar üçün geyim alış-verişinə başlayıb. Alış-veriş isə öz növbəsində həm əyləncəli, əyləncəli olduğu qədər də məsuliyyətli işdir.
Hər mövsüm başında ilin rəngi nüfuzlu modelyerlər tərəfindən diqqətlə təyin olunur. Maraqlıdır, 2013-cü ilin yaz-yay fəslində hansı geyim növləri və rəngləri dəbdə olacaq?
"Yeni Müsavat"ın sualını cavablandıran modelyer Gülnarə Xəlilova deyir ki, bu ilin yaz-yaz dəbində mozaik tipli geyim növləri dəbdə olacaq: "Bu gün dəb çox çeşid təqdim edir. Çünki dəbə gələn hansısa bir forma uzun müddət gündəmdə qalır. Onlara hər dəfə yeni bir detal, forma əlavə olunaraq yenidən təqdim edilir. Bu gün dəbdə daha çox rahatlıq və minimalizm üstünlük təşkil edir. Yəni həm bər-bəzəyin azlığı, həm də gözoxşayan görüntü dəbdədir. Bu ilin dəbinin rəngləri isə fərdi yaşıl, ot yaşılı, gümüşü, qızılı, qırmızı rəngin əksər tonları, sarı, göy, badımcanı rəng, ağ və qara rənglər olacaq. Rəngarənglik bu il çoxdur. Məsələn, qum rəngi, pudra rəngi də dəbdə olacaq. Formalara gəlincə mozaik çeşidli geyim nümunələri, yəni fərqli-fərqli parçalardan yığılan, naxışları fərqli olan geyim formaları dəbdə olacaq. Həm idman, həm də iş üslubundan daha çox istifadə olunacaq. Yaz fəslinə uyğun nazik, incə parçalardan hazırlanmış naxışlı, açıq tonlarda, ağ, boz rəngin açıq tonlarında olan geyimlər çox aktual olacaq".
G.Xəlilova kokteyl, ziyafət geyimlərində daha çox dizin altı və üstündə olan paltarların aktual olacağını bildirdi. Modelyer uzun, ətəyi yerlə sürünən ziyafət geyimlərinin də bu ilin yaz-yay modası olduğunu bildirdi: "Şalvarlara gəlincə, həm ətəyi karandaş formalı olan, həm də ombadan enli formada olan şalvarlar dəbdə olacaq. Həmçinin dizə qədər oturan və dizdən trapes şəkilli açılan uzun şalvarlar bu ilin yaz-yay kolleksiyasındadır. Ətəklərdə də incə, yumşaq parçalardan istifadə olunmuş çeşidlər dəbdədir".
Qeyd edək ki, hər il olduğu kimi bu il də aksessuarlar öz dəb aktuallığını qoruyub saxlayacaq. G.Xəlilova aksessuarlardan çanta, ayaqqabı, papaq, boyunbağı və sırğaların bu il də aktual olacağını vurğulayır: "Ümumiyyətlə, aksessuarlar geyimdə çox önəmlidir. Çünki fərqli aksessuarlarla bir neçə fərqli geyimi təqdim etmək olur. Məsələn, şərfləri, kəməri, çanta və ayaqqabını ümumi bir geyim üzərində işlətdiyin zaman bir neçə dəfə gündəmdə ola bilirsən. Bunun üçün əlbəttə ki, geyim çox ifrat olmamalıdır. Geyimlərdə qara, qəhvəyi, çox saya rənglərdən istifadə edilməlidir ki, onların üzərinə aksessuarlardan istifadə etdikdə daha zövqlü görünsün. Bu il ayaqqabı və çantalarda Şərq naxışları aktual olacaq. Ucu itiləşmiş, yəni yarpaqvari və uzunburun ayaqqabılar yenə dəbdədir. Ayaqqabıların döşaltısı çox hündür olmayan və qalın olan formalarından istifadə ediləcək. Bu ilin yaz-yay kolleksiyasında asimmetrik daban formalı, dabanları taxtadan və ya içiboş taxtadan olan maraqlı formalar təqdim ediləcək".
Qeyd edək ki, bu ilin yaz-yaz modasında simanızda heç bir makiyaj yoxmuş görünüşü yaradan makiyaj gündəmdə olacaq. Almacıq sümüklərinizi ənliklə ön plana çıxarmaqla işiniz bitmiş sayıla bilər. 90-cı illərdə olduğu kimi boyanmış göz altları və qırmızı dodaq boyaları da bu yayın favoriti olacaq. Bu mövsümdə gözlər heç olmadığı qədər ön planda olacaq. 2013-cü ilin yaz-yay modasında daha çox qısa saç tipləri dəbdə olacaq. Ən əsası bu ilin dəbi kare və bob saç formalarıdır. Düz saçı olan xanımlar bu ilin dəbindən çox gözəl zövq ala bilərlər.
Modelyer G.Xəlilova kişi geyimlərində də rəngarəngliyin dəbdə olacağını söylədi: "Kişi geyimlərində rəngli şalvarlar çox aktual olacaq. Bu rəngarənglikdən daha çox gənclərimiz istifadə edir. Klassik üsluba üstünlük verən bəylərimiz isə öz üslublarına həmişə sadiq qalırlar. Kişilərin qarderobunu bu il də rəngli şalvarlar, dəri gödəkcələr bəzəyəcək. Kişi geyimlərində albalı rəng, qırmızı, qara, qəhvəyi, göy rənglər, iki yaxalı və tək yaxalı pencək formaları dəbdədir. Yaxalıqlardan isə ensiz formalar dəbdə olacaq. Yaxalıqların formaları da modelə görə dəyişir. Elə kostyum nümunələri var ki, onda yaxalıqdan istifadə olunur, eləsi də var ki, orada yalnız incə, "şalka" yaxalıqdan istifadə etmək doğru sayılır".
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Dana jambonlu sendviç resepti
-
Günün qoroskopu: Özünüzə olan inamınız bu gün zirvədədir
-
Yedidən yetmişə hər kəsin sevdiyi ləzzət: Bolonez souslu makaron
-
Sarımsaqların aylarla kiflənmədən qalmasının sirri: "1 ovuc düyü"
-
"Eşref Rüya"nın aktyoru Tolqa Tekin yeni serialda (Foto)
-
Yayın ən sevilən meyvəsi təhlükə mənbəyinə çevrilə bilər - Müsahibə
XƏBƏR LENTİ
-
Akromeqaliya: Böyümə hormonu artıqlığının əlamətləri, diaqnozu və müalicəsi
-
Dana jambonlu sendviç resepti
-
“Bu səhvim məni 700 baldan ayırdı” - Aysu Əliyeva
-
Bakının bəzi ərazilərdə işıq olmayacaq
-
Dünyanın ən uzun gölü: Dörd ölkəni bir-birinə bağlayır
-
Bu gün Aşuradır
-
Günün qoroskopu: Özünüzə olan inamınız bu gün zirvədədir
-
Anderson Premyer Liqanın ən bahalı transferi ola bilər
-
İmtahanda ən yüksək nəticə göstərən 7 nəfər (Foto)
-
Sadiq Abbaslı bıçaqlandı (Foto)
-
Yedidən yetmişə hər kəsin sevdiyi ləzzət: Bolonez souslu makaron
-
Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib (Foto)
-
Mətanət İsgəndərli: “Sanki övladını aparıblar, amma demirlər kimindir”
-
Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı ABŞ Konqresinə müraciət ünvanlanıb
-
Sarımsaqların aylarla kiflənmədən qalmasının sirri: "1 ovuc düyü"
-
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
-
Köp niyə yaranır və ondan necə xilas olmaq olar?
-
"Fənərbağça" Meyson Qrinvud ilə razılaşdı (Foto)
-
Kabinetdə çəkilən video İraqı ayağa qaldırdı: Rəhbər şəxslər vəzifələrindən uzaqlaşdırıldı (Foto)
-
Azərbaycan Avrasiyada nəqliyyat, ticarət və kooperasiya gündəliyinin mühüm iştirakçısına çevrilir - (Foto)
-
Şotlandiya Braziliya matçı ləngiyə bilər
-
Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
Kürdəmirdə yük maşını aşıb - Xəsarət alan var
-
I ixtisas qrupu üzrə bir abituriyent 700 bal toplayıb (Foto)