277 nəhəng dirək saxlayacaq: 100 mərtəbəli qüllə üçün 54 metr dərinliyə endilər - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-nin Mayami şəhərində ucalan "Waldorf Astoria Residences Miami" qeyri-adi dizaynı və mühəndislik infrastrukturu ilə diqqətləri üzərinə çəkir. Təxminən 320 metr hündürlüyə malik olacaq göydələnin tikintisində Dubayda xüsusi olaraq istehsal edilən minlərlə beton paneldən istifadə olunacaq.
Milli.Az xəbər verir ki, Mayami şəhər mərkəzində, Biskeys bulvarı üzərində yüksələn layihə üst-üstə düzülmüş kublardan ibarət memarlıq üslubu ilə fərqlənir. Təxminən 300 milyon dollar investisiya dəyəri olan binanın bünövrə işləri zamanı torpağa 277 nəhəng bünövrə dirəyinin basdırıldığı açıqlanıb. Bu dirəklərin bəziləri yerin 54 metr dərinliyinə qədər uzanır.
Layihədə istifadə olunan xarici fasad panellərinin isə Dubayda xüsusi olaraq istehsal edildiyi bildirilib. Təxminən 4800 beton panel gəmilər vasitəsilə ABŞ-yə daşınır. Ekspertlərin fikrincə, bu üsul həm inşaat müddətini sürətləndirir, həm də yüksək dəqiqlik təmin edir.
Binanın bünövrə sistemində təxminən 7600 kubmetr betondan istifadə olunduğu qeyd edilib. Nəhəng göydələn Mayaminin yumşaq və suya yaxın torpaq quruluşu (süxuru) səbəbindən əlavə olaraq gücləndirilmiş infrastrukturla inşa edilir.
Təxminən 100 mərtəbəli olması planlaşdırılan tikili tamamlandıqda Florida ştatının ən hündür binası unvanını qazanacaq. Layihədə lüks rezidensiyalar, otel hissəsi, restoranlar və xüsusi sosial sahələr yer alacaq. Tikinti prosesinin 2028-ci ilə qədər davam etməsi gözlənilir. Bu layihə Mayamidə son illərdə həyata keçirilən ən iddialı göydələn investisiyaları arasında göstərilir.
Lalə Qüdrətova
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
40 yaşa çatmamış bu qidaları yeməyə başlayın
-
277 nəhəng dirək saxlayacaq: 100 mərtəbəli qüllə üçün 54 metr dərinliyə endilər - FOTO
-
Günün qoroskopu: Əlavə qazanc mənbələri tapmaq şansınız var
-
İki qutu siqaret qiymətinə satdığı tabloya indi ev pulu vermək üçün növbəyə durdular
-
Bədənimiz hələ də köhnə dünyaya aiddir?
-
İşlər tamamilə dəyişdi, hər il telefon dəyişdirmək dəbi bitdi
XƏBƏR LENTİ
-
40 yaşa çatmamış bu qidaları yeməyə başlayın
-
"Real Madrid" ulduz futbolçu üçün "Qalatasaray"dan 80 milyon avro tələb etdi
-
Türkiyədə 25 məşhur saxlanıldı - Serenay Sarıkaya, Mabel Matiz... - YENİLƏNİB
-
Ronaldo dubl etdi, "Əl Nəsr" çempion oldu
-
277 nəhəng dirək saxlayacaq: 100 mərtəbəli qüllə üçün 54 metr dərinliyə endilər - FOTO
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar - FOTO
-
Dilimlənmiş qarpız almazdan əvvəl iki dəfə düşünün
-
Günün qoroskopu: Əlavə qazanc mənbələri tapmaq şansınız var
-
İki qutu siqaret qiymətinə satdığı tabloya indi ev pulu vermək üçün növbəyə durdular
-
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başladı
-
Əlikram Bayramov nəvəsini paylaşdı - FOTO
-
Vəzifəyə qayıdan Kılıçdaroğlundan ilk açıqlama
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq
-
Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik dialoqu keçirilib - FOTO
-
İki güləşçimiz Avropa çempionu oldu
-
Azərbaycan ilə BMT arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub - FOTO
-
Səhhətim irəli getməkdən, geri gedir … - Ofeliya Sənani
-
Yaşı 65 olanların nəzərinə: 2030-cu ilə qədər...
-
Özgür Özel vəzifədən uzaqlaşdırıldı, Kılıçdaroğlu qayıtdı
-
Akif İslamzadənin səhhəti açıqlandı
-
Beyləqanda maşınlar toqquşdu - 5 nəfər xəsarət aldı
-
Əli Əsədov Türkmənistana getdi
-
Azərbaycan şəhər gündəliyinin dəstəklənməsində əsas rol oynaya bilər - Dima Əl-Xətib
-
Bədənimiz hələ də köhnə dünyaya aiddir?





