İki qutu siqaret qiymətinə satdığı tabloya indi ev pulu vermək üçün növbəyə durdular
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yaradıcılığa başladığı ilk illərdə çəkdiyi ilk rəsmi sadəcə iki qutu siqaret qiymətinə satan sənətkarın əsərləri, illər sonra milyonlarla lirə dəyərində hərraca çıxarılır. 20-ci əsrin ən qiymətli sənətkarları arasında yer alan bu şəxsin ilk əsərinin satışa təqdim olunacağı hərrac zamanı, onun 120-dən çox digər əsərinin də nümayiş etdirilməsi gözlənilir.
Milli.Az xəbər verir ki, kolumbiyalı əfsanəvi rəssam Fernando Boteronun sənət dünyasına ilk addımını atdığı həmin məşhur əsər onilliklər sonra yenidən gün işığına çıxıb. Hələ 17 yaşındaykən iki qutu siqaret qarşılığında əldən çıxardığı "La Plegaria" tablosu bu gün Boqotadakı nəhəng hərracın baş qəhrəmanıdır.
Dünyanın ən çox tanınan Latın Amerikalı sənətkarlarından biri olan Fernando Botero 2023-cü ildə 91 yaşında vəfat edərək özündən sonra nəhəng miras qoyur. Lakin bu mirasın ilk halqası olan 1949-cu il təvəllüdlü "La Plegaria" (Dua) sulu boya tablosu rəssamın karyerasındakı ən təvazökar mübadilənin predmeti idi. Botero o dövrdə bu əsərini kolumbiyalı Efren Ossaya sadəcə iki qutu siqaret müqabilində vermişdi.
21 mayda "Bogotá Auctions" tərəfindən satışa çıxarılan bu tablo rəssamın vizit kartına çevrilən o məşhur "şişirdilmiş həcm" və "nəhəng fiqur" (botiromizm) üslubundan olduqca uzaqdır. Hərrac evi rəsmiləri bildirirlər ki, bu əsər Boteronun formalaşma dövrünə aiddir və sonrakı illərdə dünyanı fəth edəcək o ikonik bədən formalarının axtarışı hələ bu fırça zərbələrində özünü büruzə vermir.
Tabloda əllərini bərk-bərk sıxaraq dua edən yaşlı bir kəndli və onun arxasında qorxu dolu gözlərlə göyə baxan uşaqlı bir qadın təsvir olunub. Əsər Kolumbiya tarixinin ən qanlı dövrlərindən biri sayılan liberal lider Xorxe Eliyeser Qaitan qətlindən cəmi bir il sonra çəkildiyi üçün, dövrün ictimai qorxu və xofunu da özündə əks etdirir.
Bu gün əsərləri dünyanın ən nüfuzlu meydanlarını və muzeylərini bəzəyən Botero üçün "La Plegaria" bir dahinin uşaqlıq addımlarını təmsil edir. Sığorta hüququnun qabaqcılı Efren Ossa ilə edilən o tarixi mübadilə bu gün sənət bazarında milyonlarla dollarla ölçülən "Botero Dəyəri" ilə dramatik bir təzad təşkil edir.
70 ildən çox bir müddətdən sonra yenidən bazara çıxan bu tablo kolleksionerlər üçün sadəcə bir sənət nümunəsi deyil, həm də böyük bir uğur hekayəsinin başlanğıc nöqtəsi kimi qəbul edilir.
Lalə Qüdrətova
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ruslan Sabirlinin qaldığı evdə yanğın: "Dəhşətli zəhərli duman aləmi bürüdü" - (Video)
-
Zaur Kamala görə izdiham yarandı - (Video)
-
Türk aktrisanı Merilin Monroya bənzətdilər - (Video)
-
Aslıhan Doğan: “Ardanı evə buraxmırdım”
-
İtaliya Fransanı məğlub edərək qrup liderliyinə yüksəldi
-
Mətbəxlərdə mərmər dövrü bitdi: Yeni sistem gəldi
XƏBƏR LENTİ
-
Kuryer motosikletlə məktəblini vurdu - Anbaan video
-
Bağça müəllimləri üçün sertifikatlaşdırma başlayır
-
Azərbaycanda qadın sahibkarların sayı açıqlandı
-
Moskvada "Lexsus" partladı
-
Polşada Azərbaycan generalına həsr olunmuş kitab nəşr edildi
-
Azərbaycanda müəllimlərə yeni qadağa qoyuldu
-
Bakıda kütləvi dava: Bıçaqlananlar var
-
Ruslan Sabirlinin qaldığı evdə yanğın: "Dəhşətli zəhərli duman aləmi bürüdü" - (Video)
-
Azərbaycanda tutulan türkiyəli mafiya başçısı kimdir?
-
Qızıl almaq istəyənlər bu xəbəri mütləq oxusun
-
Biləsuvarda ahıl kişi qadını fahişəliyə cəlb etdi - 10 manat alıb
-
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib
-
Bakıda daha bir körpü sökülür - Yenisi tikiləcək
-
Türkiyədə axtarılan kriminal qruplaşma rəhbəri Azərbaycanda tutuldu
-
Rusiyanın itkiləri yeniləndi
-
Zaur Kamala görə izdiham yarandı - (Video)
-
- Bu qədim çay servizinin qiyməti hamını təəccübləndirdi - 321 min avro
-
Narkotikin təsiri altında avtoxuliqanlıq etdi - Həbs olundu - (Video)
-
Millətlər Liqası: Bu gün daha 10 oyun var
-
Türk aktrisanı Merilin Monroya bənzətdilər - (Video)
-
Özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri alınmasına dair Ali Məhkəmədən mühüm qərar
-
Ağsuda avtomobil 69 yaşlı kişini vuraraq öldürdü
-
Bakının bu ərazilərində qaz olmayacaq
-
Neftin qiyməti yenidən qalxdı





