Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik dialoqu keçirilib - FOTO
Mayın 20-də Bakıda Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında Təhlükəsizlik Dialoqunun yeddinci iclası keçirilib.
Milli.Az-ın məlumatına görə, iclas iştirakçıları Azərbaycan-Aİ münasibətlərinin hazırkı vəziyyəti, qarşılıqlı maraq doğuran xarici və təhlükəsizlik siyasəti məsələləri ilə bağlı konstruktiv fikir mübadiləsi aparıblar. Onlar Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın və Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana səfərləri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşləri də daxil olmaqla, son zamanlar yüksəksəviyyəli təmasların intensivləşməsini alqışlayıblar, ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində ortaq maraqlarını bir daha təsdiqləyiblər.
Tərəflər yeni Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli saziş üzrə davam edən müzakirələrin vacibliyini vurğulayıblar. Həmçinin mövcud Azərbaycan-Aİ Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi çərçivəsində müntəzəm dialoqun davam etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.
İştirakçılar geosiyasi proseslər və xarici siyasət, bağlantı, enerji təhlükəsizliyi və Orta Dəhliz də daxil olmaqla, regional və beynəlxalq prosesləri müzakirə ediblər. Aİ Azərbaycanın regional bağlantı və enerji şaxələndirilməsi baxımından mühüm tərəfdaş kimi rolunu qeyd edib, davamlı, iqtisadi cəhətdən səmərəli və qaydalara əsaslanan əməkdaşlığın vacibliyini vurğulayıblar.
Aİ Azərbaycanda aparılan humanitar minatəmizləmə səylərinə dəstəyini bir daha təsdiqləyib və bu sahədə əməkdaşlığın davam etdirilməsini alqışlayıb. Səfər çərçivəsində mayın 19-da Aİ nümayəndə heyəti Ağdam rayonu da daxil olmaqla, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına baş çəkib, Azərbaycan tərəfindən həyata keçirilən minatəmizləmə fəaliyyəti ilə tanış olub.
İştirakçılar, həmçinin Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı fikir mübadiləsi aparıblar. Aİ Azərbaycanla Ermənistan arasında son aylarda əldə olunmuş irəliləyişi, o cümlədən etimad quruculuğu tədbirlərini və təmasların intensivləşməsini alqışlayıb, davamlı sülhün dəstəklənməsi üçün dialoqun və praktiki əməkdaşlığın davam etdirilməsinə çağırış edib.
Tərəflər formatın genişləndirilərək onun Azərbaycan-Aİ Siyasi və Təhlükəsizlik Dialoqu adlandırılması barədə razılığa gəliblər ki, bu, ikitərəfli münasibətlərin daha geniş sahələri əhatə etdiyinin və strateji əhəmiyyətinin göstəricisidir.
İclasa Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev və Avropa Xarici Fəaliyyət Xidmətinin Siyasi Məsələlər üzrə baş katibinin müavini Olof Skuq həmsədrlik ediblər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik dialoqu keçirilib - FOTO
-
Azərbaycan ilə BMT arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub - FOTO
-
Əli Əsədov Türkmənistana getdi
-
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb - FOTO
-
İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib - VİDEO - FOTO
-
Böyük Britaniya Kralı Prezident İlham Əliyevə təbrik ünvanlayıb
XƏBƏR LENTİ
-
Vəzifəyə qayıdan Kılıçdaroğlundan ilk açıqlama
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq
-
Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik dialoqu keçirilib - FOTO
-
İki güləşçimiz Avropa çempionu oldu
-
Azərbaycan ilə BMT arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub - FOTO
-
Səhhətim irəli getməkdən, geri gedir … - Ofeliya Sənani
-
Yaşı 65 olanların nəzərinə: 2030-cu ilə qədər...
-
Özgür Özel vəzifədən uzaqlaşdırıldı, Kılıçdaroğlu qayıtdı
-
Akif İslamzadənin səhhəti açıqlandı
-
Beyləqanda maşınlar toqquşdu - 5 nəfər xəsarət aldı
-
Əli Əsədov Türkmənistana getdi
-
Azərbaycan şəhər gündəliyinin dəstəklənməsində əsas rol oynaya bilər - Dima Əl-Xətib
-
Bədənimiz hələ də köhnə dünyaya aiddir?
-
İşlər tamamilə dəyişdi, hər il telefon dəyişdirmək dəbi bitdi
-
“Kamera Musiqisi Axşamı” adlı konsert dinləyicilərə zəngin və rəngarəng proqram təqdim etdi - FOTO
-
"Qəbələ" "Şamaxı"nı məğlub edib
-
WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib - FOTO
-
"Doğuşu sənə belə vermişdik, nə etmisən?" - Seda Sayandan Xoşqədəmə
-
Akademik Milli Dram Teatrı Konya Beynəlxalq Teatr Festivalında iştirak edəcək - FOTO
-
WUF13 çərçivəsində “Muğamat axşamı” adlı konsert keçirilib - FOTO
-
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb - FOTO
-
"Özümə kişilərin olmadığı serial tapacağam"
-
Paşinyan dediyini sübut etsə, onu güllələyəcəm - Çarukyan
-
1-ci liqanı tərk edən komanda bəlli oldu





