10 addımla milyonçu oldular
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2013-cü ildə Sierra Nevadada bir cütlüyün hər gün gəzdiyi yolda tapdığı 10 milyon dollarlıq qızıl sirli "10 addım" detalı ilə yenidən gündəmə gəlib. İllərlə üstündən basıb keçdikləri paslı qutuların arxasındakı sirr pərdəsi xəzinə ovçularını təkrar həyəcanlandırıb.
Milli.Az xəbər verir ki, Kaliforniyada yaşayan Con və Meri cütlüyü üçün 2013-cü ilin fevral ayı iqtisadi çətinliklər və evlərini itirmək qorxusu altında keçir. Cütlüyün Sierra Nevada ətəklərindəki ərazilərində hər gün etdikləri o adi gəzinti Amerika tarixinin ən böyük numizmatik kəşflərindən birinə yol açır. İllərdir yanından keçdikləri paslı tənəkə qutu və qəribə formalı qaya əslində yüzillik sərvətin işarəsi imiş.
Gəzinti zamanı Merinin gözünə sataşan və Conun bir odun parçası ilə torpaqdan çıxardığı ilk qutu ağırlığı ilə cütlüyü təəccübləndirir. Evə gedib paslı qapağı güclə açdıqda, içindən çıxan 20 dollarlıq qızıl sikkə hər şeyi dəyişdir. Bölgədə aparılan qazıntılar nəticəsində, cəmi 1427 ədəd qızıl sikkədən ibarət səkkiz qutu aşkar edilir.
Cütlüyün daha əvvəl fərq etdiyi "bucaqlı qaya" ilə "ağacdan asılmış paslı qutu" əslində bir növ xəritə idi. Qayadan Şimal Ulduzuna doğru atılan tam 10 addım birbaşa dəfinənin mərkəzinə aparırdı.
"Saddle Ridge Definesi" adlandırılan bu xəzinədəki ən dəyərli parça 1 milyon dollar dəyərində olan və üzərində "In God We Trust" ifadəsi olmayan 1866-cı il istehsalı qızıl sikkə oldu.
Bəzi tədqiqatçılar qızılların 1901-ci ildəki San-Fransisko Zərbxanası soyğununa aid olduğunu iddia etdilər. Lakin ekspert rəyləri sikkələrin müxtəlifliyinin və vəziyyətinin zərbxana qeydləri ilə uyğun gəlmədiyini sübut etdi.
Yalnız qızılın çəkisinə görə dəyəri təxminən 1.8 milyon dollar olan, lakin numizmatik (kolleksiya) dəyəri 10 milyon dolları aşan bu möhtəşəm kolleksiya maliyyə uçurumunun kənarındakı bir cütlüyün həyatını dəyişdirdi, Amerika tarixinin ən sirli səhifələrindən biri kimi qeydlərə keçdi.
DİGƏR XƏBƏRLƏR
-
Əli Mirəliyev uzun illər küsülü olduğu əməkdar artistlə efirdə barışdı - (Video)
-
Rəqsanə atasına əhsan süfrəsi açdı – Qardaşı ilk dəfə danışdı - (Video)
-
Hidayət Heydərov: "Doğma Vətəndə uduzmaq ağırdır"
-
Şükran Sultanovun anasına bahalı hədiyyəsi - (Video)
-
Xalq artistinin məclisdə pul toplaması qınandı - (Video)
-
İtaliyada kişi anasının pensiyanı almaq üçün qadın qiyafəsinə girdi
XƏBƏR LENTİ
-
Pedro Rodriges karyerasını başa vurdu
-
Kıvanç Tatlıtuğun uşaqlıq (Fotosu)
-
Bakı–Qazax yolunda ağır qəza: 4 ölü, 1 yaralı var - Yenilənib
-
Ceyhun Bayramov Orta Dəhliz və regional əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb - (Foto)
-
Filarmoniyada görkəmli bəstəkar Cahangir Cahangirovun 105 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert keçirildi - (Foto)
-
Aleksey Mindel Bakıda keçiriləcək möhtəşəm dünya tədbiri - Azerbaijan Dance Festival haqqında danışıb
-
“Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib” - Paşinyan
-
Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament təsdiqlənib
-
Sabah Masallının 5 kəndində qaz olmayacaq
-
Avtomobil sürənlər üçün vacib xəbərdarlıq
-
Naxçıvanda oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı
-
84 yaşlı kişi silahdan açılan atəş nəticəsində öldü
-
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
-
Əli Mirəliyev uzun illər küsülü olduğu əməkdar artistlə efirdə barışdı - (Video)
-
Müəllimlərin geyimi ilə bağlı yeni qaydalar təsdiqləndi
-
Rəqsanə atasına əhsan süfrəsi açdı – Qardaşı ilk dəfə danışdı - (Video)
-
"Diri Baba” türbəsində XVI əsrə aid şeyxin məzarı aşkarlanıb
-
Hidayət Heydərov: "Doğma Vətəndə uduzmaq ağırdır"
-
Büdcədənkənar vəsaitlərin istifadəsinə dair yeni qayda müəyyənləşib
-
Şükran Sultanovun anasına bahalı hədiyyəsi - (Video)
-
Polşada peşə məktəbinə bıçaqlı hücum - 9 nəfər yaralandı
-
Rusiya XİN-dən Kiyevlə bağlı mühüm çağırış
-
Xalq artistinin məclisdə pul toplaması qınandı - (Video)
-
İstilik mövsümünün başlanma tarixi dəyişdirilə bilərmi?





