İmtahan suallarında var, ancaq Bakıda yoxdur - Tıxaca çarə...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sürücülük vəsiqəsi imtahanında iki mövzu var ki, hazırda həmin qaydalar Bakı yollarında tətbiq olunmur. Biri tramvay, digəri isə reversiv zolaqlardır. Bakıda iki istiqamət üzrə tramvay zolaqlarının çəkilməsi planda var. Bu işlərin 2027-ci ilədək yekunlaşdırılması nəzərdə tutulub.
Bəs reversiv zolaq nə üçündür?
Reversiv zolaq yol hərəkətində tıxacın qarşısını almaq və yol imkanlarından daha səmərəli istifadə etmək üçün yaradılıb. Onun əsas məqsədi odur ki, eyni zolaq müəyyən vaxtlarda bir istiqamətdə, digər vaxtlarda isə əks istiqamətdə hərəkət üçün istifadə olunsun.
Sadə desək, səhər saatlarında tıxacın çox olduğu istiqamətə, axşam saatlarında isə əks istiqamətə açılır. Bu, şəhər yollarında trafiki daha rahat və təhlükəsiz edir.
Aydın məsələdir ki, Bakıda bütün yolları 6-7 zollaqlı etmək mümkün deyil. Bəzi yerlərdə bu imkanı yaratmaq üçün milyonlarla pul xərclənməli, yüzlərlə insan yaşayış yerini dəyişməlidir. Belə olan halda, reversiv zolaqların çəkilməsi tıxaclara çarə kimi alternativ variant olaraq üzə çıxır.
Reversiv zolaq böyük şəhərlərdə səhər və axşam saatlarında yaranan sıxlıq problemlərinin həllində mühüm rol oynayır. Zolaqların idarə olunması üçün vizual işarələr və ya işıq siqnalları istifadə olunur. Zolağın üzərində yerləşdirilən yaşıl ox həmin istiqamətdə hərəkətin mümkün olduğunu göstərir. Qırmızı X işarəsi isə həmin zolaqda hərəkətin qadağan edildiyini bildirir. Bu siqnallar sürücülərə zolağın cari vəziyyətini dərhal anlamağa imkan verir.
Reversiv zolaqların istifadəsi trafikin daha səmərəli idarə olunmasına kömək edir. Səhər saatlarında tıxacın daha çox olduğu istiqamətə zolaq açıq olur, axşam saatlarında isə əks istiqamətə hərəkət üçün istifadə olunur. Bu, yol infrastrukturu imkanlarından maksimum istifadə etməyə və tıxacları azaltmağa imkan yaradır.
Reversiv zolaqdan düzgün istifadə olunmaması ciddi təhlükələrə səbəb ola bilər. Əks istiqamətdə hərəkət edən sürücülər qəzaya səbəb ola bilər və yol hərəkəti qaydalarını pozduqları üçün cərimə edilə bilərlər. Bu səbəbdən sürücülər vizual işarələrə diqqət etməli və zolağın açıq olduğu istiqamətdə hərəkət etməlidirlər.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bir dilim kifayət etməz: Yunan mətbəxinin məşhur portağallı şirniyyatı – Portokalopita
-
Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün
-
Pomidor şirəsinin çoxlarının bilmədiyi təhlükəli xüsusiyyətləri
-
Bu meyvələri yanaşı qoymayın, çürüməni tezləşdirir
-
Türkiyədə aktyorların qonorarı azaldıla bilər
-
Günün qoroskopu: Enerjiniz və ünsiyyət bacarıqlarınız zirvədədir
XƏBƏR LENTİ
-
Bir dilim kifayət etməz: Yunan mətbəxinin məşhur portağallı şirniyyatı – Portokalopita
-
Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün
-
Pomidor şirəsinin çoxlarının bilmədiyi təhlükəli xüsusiyyətləri
-
Bu meyvələri yanaşı qoymayın, çürüməni tezləşdirir
-
“Qadın evlidir, amma başqasını sevir“ - İradə İbrahimova
-
Türkiyədə aktyorların qonorarı azaldıla bilər
-
Günün qoroskopu: Enerjiniz və ünsiyyət bacarıqlarınız zirvədədir
-
Klinikanın qarşısındakı qəzanın anbaan (Videosu)
-
"İrəvana risk edib getmişdim" - Azərbaycanlı bloger
-
“Perihan”ın son halı - (Foto)
-
Sabah Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Fidan Hacıyeva Parisdə Azərbaycanın Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert haqqında danışıb - (Foto)
-
Mingəçevirdə 21 yaşlı gənc qonşusunu bıçaqlamaqda şübhəli bilinir
-
Bakıda kollecdə qanlı hadisənin səbəbi açıqlandı - (Video)
-
“Bakıda olduğum üçün çox xoşbəxtəm”: Devid Qarrettin virtuoz skripkası, rok hitləri və simfonik enerjisi
-
Gürcüstanda azərbaycanlı qardaşlar güllələndi
-
Türkiyədə silahlı hücumda ölənlərin sayı 9-a çatıb - Yenilənib
-
Bu şəxslər 3600 manat maaş alacaq
-
Çingiz imicini dəyişdi - (Foto)
-
Rəsmi Moskva: Heç kəs Ermənistanı zorla KTMT-də saxlamır
-
Qarabağ Ustası: Strategiya, Suverenlik və Azərbaycanın Qələbəsi
-
Sabah Ağdaşın bəzi ərazilərində qaz olmayacaq
-
İşğal olunmuş rayon sakini ilə evli kişilərə də "məcburi köçkün" statusu veriləcək
-
“Məcburi köçkün” statusu və vəsiqəsinin verilməsi qaydaları dəyişib





