Nostradamus və Vanqa 2025-ci illə bağlı xoş olmayan proqnozlar veriblər.
Milli.Az xəbər verir ki, onlar gələn ilin müharibələr, epidemiyalar və təbii fəlakətlərlə dolu bir il olacağını bildiriblər.
16-cı əsrin məşhur Fransız kahini Nostradamus "Les Prophéties" adlı əsərində tarixi hadisələri əvvəldən bilməsi ilə tanınır. O, 2025-ci ildə İngiltərənin daxili və xarici düşmənlərlə mübarizə aparacağını, tarixi bir xəstəliyin yenidən yayıla biləcəyini və Qərb ölkələrinin təsirinin azalacağını qeyd edib.
1996-cı ildə vəfat edən bolqar kahin Vanqa isə Avropanı sarsıdacaq müharibənin baş verəcəyini, qitənin dağıdıcı təbii fəlakətlərlə üzləşəcəyini və Rusiyanın güclənərək qlobal lider kimi mövqeyini artıracağını iddia edib.
Hər iki kahin tibb və texnologiyada əhəmiyyətli inkişafların baş verəcəyini proqnozlaşdırıb. Nostradamus İngiltərənin tibbi nailiyyətlərə imza atacağını desə də, Vanqa orqan transplantasiyalarında laboratoriya texnologiyalarının üstünlük təşkil edəcəyini və telepatiyanın reallaşacağını irəli sürüb.
Vanqa 2025-ci ildə böyük idman tədbiri zamanı dünya xarici həyatla əlaqə qurulacağını, Nostradamus isə kosmik bir od topunun dünyanı vura biləcəyini bildirib.
Bununla yanaşı, mütəxəssislər bu öncəgörülərin çox vaxt qeyri-müəyyən və subyektiv şərhlərə açıq olduğunu vurğulayır. Bu iddiaların təsdiqlənə bilən mənbələrinin olmaması onları daha da mübahisəli edir.
İsmayıl
Milli.Az