Onun sözlərinə görə, bətnindəki uşağın atası Mario Balotellidir.
Futbolçu bu iddiaları cavablayarkən ilk əvvəl bildirib ki, şəxsi həyatının müzakirəyə çevrilməsindən xoşlanmır.
"Belə məsələlərin müzakirə edilməsini sevmirəm. Rafaella ilə münasibətlərim aprel ayında bitib və o vaxtdan bəri əsla görüşməmişik", - Balotelli deyib.
Qanalı mühacirlərin ailəsində doğulmuş futbolçunun dediyinə görə, Rafaellanın bətnindəki uşağın atasının kimliyi DNT testi ilə müəyyənləşdirilməlidir: "Rafaella ilə birlikdə olduğumuz müddətdə də belə şayiələr çox yayılırdı. Rafaella mənim məşhurluğumdan yararlanmağa çalışan insana bənzəmir. Zatən, özü tanınmış qadındır. Onun bətnindəki uşağın atası mən deyiləm. Özümə güvənirəm və dediklərimi DNT testi ilə sübut edə bilərəm".
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Fotolar: La Repubblica