Populyar melodiyalar, yüksək ritmlər insanlara cərrahi əməliyyatdan sonra daha yaxşı sağalmağa kömək edir.
Milli.Az bildirir ki, lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, koliforniyalı alimlərin yeni araşdırmaları belə deməyə əsas verib.
Alimlər müəyyən ediblər ki, musiqi dinləmək əməliyyatdan sonra oyanan xəstələrdə narahatlıq, ağrı və ürək döyüntülərini azaldır.
Təcrübədə iştirak edən musiqi dinləyən xəstələr dinləməyənlərə nisbətdə morfin miqdarının yarısından azını tələb edib.
Musiqi dinləyən xəstələrdə əməliyyatdan sonrakı gün ağrı və narahatlıq əhəmiyyətli dərəcədə azalıb. Tədqiqatçılar hesab edirlər ki, musiqi dinləmək stress hormonu olan kortizol səviyyəsinin azalmasına səbəb olur.
Milli.Az