Maraqlı

Borc içində üzərkən yerin altından brilyant tapdı

27 İyul 2024 07:31
Baxış: 1 478
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın mərkəzi Madhya Pradeş əyalətindəki mədəndə nəhəng brilyant kəşf edən işçi Radcu Qaudanın taleyi bir gecədə dəyişib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 19.22 karatlıq qiymətli daş ona hökumət hərracında təxminən 95 min dollar gəlir gətirə bilər.

Məlumata görə, Radcu Qouda torpağı qazmaq və onu süzgəcdən keçirmək işinə düzəlib. Onun bir gün sərvət tapacağı ağlına belə gəlməyib.

Tapıntını dərhal aidiyyəti qurumlara təhvil verib. Rəsmilər daşın yüksək keyfiyyətinə malik olduğunu təsdiqləyiblər. İndi brilyant açıq hərracda satılacaq. Satışdan əldə edilən bütün gəlirlər, vergilərdən sonra, Qaudaya veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.