Maraqlı

Mədəniyyət naziri festivalda tərbiyəsizlik etdi

1 İyul 2024 12:12
Baxış: 1 106
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Norveçdə keçirilən festivala qatılan ölkənin Mədəniyyət və Bərabərlik üzrə Dövlət Naziri Lubna Jaffery qatıldığı tədbirdə etdiyi hərəkətlə beynəlxalq ictimaiyyətin gündəminə düşüb.

Milli.Az unikal-a istinadən xəbər verir ki, "Oslo Qürur Günləri" çərçivəsində təşkil edilən tədbirə qatılan 44 yaşlı Jaffery mükafat qazanıb.

Mükafat verildikdən sonra çıxış edən Jaffery, "Bu il Oslo Qürur Günündə bu mükafata layiq görüldüyüm üçün çox xoşbəxtəm. Bu böyük bir şərəfdir", deyib və  köynəyini yuxarı qaldırıb.

Jaffery sinəsini açaraq çıxışına davam edib və "Hər kəsin özünü azad hiss etməsi vacibdir. Əgər belə bir şərəfə layiq olmaq istəyirsənsə, bütün ruhunu buna həsr etməli və özünü ciddiyə almamalısan" deyib.

Bunun fonunda naziri qınayanlar da olub.  Bəzi sosial media istifadəçiləri Jafferyinin bu hərəkətini "mədəniyyətsizlik" kimi qiymətləndirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.