Maraqlı

Qarışqadan da xırda çanta fantastik qiymətə satıldı

1 İyul 2023 06:28
Baxış: 1 017
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəmi 657 x 222 x 700 mikron ölçüsündə miniatür əl çantası onlayn hərraca çıxarılıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, MSCHF markasının "Microscopic Handbag" adlandırdığı bu aksesuar hərracda 63 min dollara satılıb. Şirkət əməkdaşlarının sözlərinə görə, çanta iynənin gözündən keçəcək qədər ensiz və dəniz duzundan kiçikdir.

Əşya iki fotonlu polimerləşmədən, mikro miqyaslı plastik hissələrin 3D çapı üçün istifadə edilən istehsal texnikasından istifadə etməklə istehsal olunub.

Satışı amerikalı musiqiçi, prodüser və dizayner Farrel Uillyams tərəfindən təsis edilmiş Joopiter auksion evi keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.