Maraqlı

Mask icazəni aldı: İnsanlar üzərində sınaqlar başlayır - VİDEO - FOTO

27 May 2023 13:51
Baxış: 1 615
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milyarder İlon Maska məxsus "Neuralink" şirkəti insanlar üzərində beyinə çiplərin implantasiyası üçün klinik sınaqlar keçirmək icazəsini ala bilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin "Twitter" səhifəsində məlumat verilib.

Bildirilir ki, müsbət qərardan sonra ABŞ Qida və Dərman Administrasiyası (FDA) klinik sınaqlar üçün könüllülərin axtarışına başlayır.

Xatırladaq ki, martın əvvəlində FDA "Neuralink"in neyroçipi insanlar üzərində sınaqdan keçirməsinə imtina edib.

2021-ci ilin aprelində "Neuralink" video oyunları oynayan çiplənmiş meymunun videosunu yayımlayıb. Mask iddia edir ki, onun texnologiyası görmə əngəlli və ya iflic olan insanlara məhdudiyyətsiz həyat yaşamağa imkan verəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.