Maraqlı

“Microsoft” şirkətindən yaranan problemə “söndür-yandır, düzələcək” kimi çıxış yolu

27 May 2023 10:47
Baxış: 1 001
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Windows" 10 və 11 üçün yeniləmələr bəzi funksiyalarda problemlərə səbəb olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "BleepingComputer"dən xəbər verilib.

Məlumata görə, istifadəçilər bəzi hallarda "Kopiyala" və "Yapışdır" funksiyalarının işləməməsindən şikayətləniblər. Nasazlığın "CopyFile API" istifadə edən üçüncü tərəf proqramları ilə bağlı olduğu vurğulanıb.

Həmçinin istifadəçilər əməliyyat sistemlərində faylların saxlanması funksiyasının işləməməsindən şikayət ediblər. Xüsusilə, problem "Word" və "Excel" kimi "Microsoft Office" proqramlarında görünüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Microsoft"dan problemdən xəbərdar olduqları və hazırda həll yolu axtardıqları bildirilib.

Müvəqqəti düzəliş olaraq istifadəçilərə "Kopiyala", "Yapışdır" və "Saxla" əmrlərini bir neçə dəfə təkrarlamaq tövsiyə olunub.

Bundan əlavə, istifadəçilərə problemli yeniləmələri silmək və əməliyyat sisteminin əvvəlki versiyalarına qayıtmaq tövsiyə olunub.

"Microsoft" xidmətindən istehlakçılara verilən məsləhətlər sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. İstifadəçilər problemin həlli əvəzinə əmrləri bir neçə dəfə təkrarlamaq, ya əvvəlki versiyaya qayıtmaq kimi təkliflərin texnologiya aləmində məşhur olan "söndür-yandır, düzələcək" zarafatına bənzədiyini vurğulayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.