Maraqlı

Serdardan ona "onurğasız" deyən aparıcıya SƏRT CAVAB - VİDEO

10 May 2023 13:34
Baxış: 1 666
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir neçə gün əvvəl Türkiyənin maliyyə naziri Nurəddin Nebati ilə səhnədə birlikdə çıxış edən məşhur müğənni Serdar Ortaç onun haqqında "Onurğasız" deyən Fatih Portakala cavab verib.

Milli.Az Türkiyə mediasına istinadən xəbər verir ki, maliyyə naziri müğənnidən "Karabiberim" mahnısını ifa etməsini xahiş edib. Bundan sonra Serdar nazirin xahişini yerinə yetirib.

Tanınmış aparıcı Fatih Portakal sosial mediada yayılan bu görüntülərə rəy bildirib. Portakal aparıcısı olduğu xəbərlər verilişində "Serdar Ortaç gibi onurğasız biri ilə səhnəyə çıxırsan. Sənətçi də demirəm, onurğasız biri" sözlərini istifadə edib.

Sərdar Ortaçın aparıcıya cavabı gecikməyib. O, instaqramda "Fatih Portakalın da linç mədəniyyətinə ayaq uydurması üzücüdür. Bəyənmədiyimiz, dinləmədiyimiz hər kəsə və hər şeyə bunu edə bilmərik, bizim belə bir haqqımız yoxdur. Çox ayıbdır" , - deyə qeyd edib. (publika)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.