Maraqlı

Sahibə Qafarova TBMM-ə "Togg"la getdi - FOTO

28 Aprel 2023 15:30
Baxış: 2 409
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova ilk yerli elektromobil olan "Togg"a minib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) rəhbəri Mustafa Şentopun idarə etdiyi avtomobildə Azərbaycan, Qazaxıstan və Qırğızıstanın parlament sədrləri qaldıqları hoteldən TBMM-ə gediblər.

"Togg"a minən Sahib Qafarova da avtomobil haqqında fikirlər səsləndirib: "Bizim üçün çox xoş gün oldu. Mustafa bəyin rəhbərliyi ilə bura gəldik. Çox gözəl, çox rahatdır. Prezident İlham Əliyevə də hədiyyə verilib. İnşallah bu avtomobillər Azərbaycanda da olacaq".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.