Maraqlı

Bu tərəvəzlər əslində meyvə imiş...

22 Aprel 2023 23:19
Baxış: 1 579
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bir çox insanın fikrincə, tərəvəz və meyvələri ayırd etmək olduqca asandır.

Milli.Az lent.az-a istinadən bildirir ki, ancaq botanika elmi üçün işlər bundan daha mürəkkəbdir. Başqa sözlə, xalq arasında tərəvəz kimi tanınan bir çox qidalara botanikada meyvə deyilir. Beləliklə, meyvə və tərəvəz arasındakı fərq nədir?

Əslində bir çox fərq var, amma ən sadəsini nəzərdən keçirəcəyik. Əsas fərq onların quruluşudur. Meyvələr bitkinin çoxalması üçün çiçəyin dəyişməsi nəticəsində əmələ gəlir. Beləliklə, bir bitki çiçəkdən meyvəyə çevrilir.

Tərəvəz kimi təsvir etdiyimiz bəzi qidalar əslində tərəvəz deyil, meyvə kateqoriyasındadır. Sizi təəccübləndirəcək tərəvəzə oxşayan meyvələr...

Yaşıl balqabaq, yaşıl noxud, qarğıdalı, lobya, xiyar, balqabaq, zeytun, bibər, badımcan və pomidor əslində meyvə kateqoriyasına daxildir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.