Türkiyəli məşhur aktrisa və aparıcı Esra Sönmezerin köklüyü ona problem yaradıb.
Milli.Az lent.az-a istinadən bildirir ki, aktrisa pandemiyadan sonra aldığı çəkiyə görə problemlər yaşadığını və pəhriz saxladığını bildirib.
Esra Sönmezer bildirib ki, prodüser bu barədə ona xəbərdarlıq edib:
"Getdiyim iş müsahibəsində prodüser "Esra, arıqlamalısan" dedi. Özümü pis hiss etdim, amma bu, həm də müəyyən mənada məni həvəsləndirdi. Artıq pəhrizə başlamışam. Məqsədim köhnə halıma qayıtmaqdır".
Milli.Az