Maraqlı

Azərbaycanda uşağın ağzında "Duracell" batareyası partladı

26 Yanvar 2023 21:25
Baxış: 1 212
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda LOR həkimə qeyri-adi travma ilə pasiyent gətirilib.

Medicina.az xəbər verir ki, LOR cərrah Qəhrəman Qəhrəmanov gənc oğlanı müayinə edib. Məlum olub ki, gəncdə qırtlaq qapağının bir hissəsi yoxdur. Əsas hissəsi dağılıb, çox kiçik hissəsi qalıb.
Xəstənin anası bildirib ki, illər öncə, oğlu yaş yarımlıq olanda evdə partlayış səsi eşidərək yuxarı qaçıb və uşağın ağzından qara tüstü çıxdığını, eləcə də tünd qara qara maye axdığını görüb.

Əlini ataraq ağızda partlamış Duracell batareyasının qalığını çıxarıb.

Həkim xəstənin əməliyyat olunaraq, estetik bərpaya ehtiyacı olduğunu bildirib. Batareyanın içindəki qatran kimi maye qırtlaq hissəni yandırıb.

"Əgər qırtlaq bərpa olunmasa, yemək qırtlaqdan nəfəs borusuna düşə bilər. Bu da həyati təhlükəlidir. Qidaları çox yumşaq, sulu qəbul etməlidir. Bu oğlana əsgərliyə getməyi də məsləhət görmürəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.