Maraqlı

Ən ölümcül xərçəngin 4 erkən simptomu

31 Yanvar 2023 21:45
Baxış: 964
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mədəaltı vəzi xərçəngi ən təhlükəli və ən ölümcül xərçəng növüdür. Xəstəliyin simptomları spesifik olmadığından diaqnoz bir çox hallarda gec qoyulur və bu da xəstəliyin proqnozunu ağırlaşdırır.

Saglamolun.az Rusiaya KİV-lərinə istinadla bildirir ki, mədəaltı vəzinin ən birinci simptomu qarın nahiyəsində ağrılardır.

Xəstəlik inkişaf etdikcə xəstənin çəkisi azalmağa başlayır, dərisi saralır, "yağlı nəcis" kimi simptom əmələ gəlir (nəcisin üzərində və unitazdakı suda yağ damcıları görünür).

Şişin ölçüləri böyüdükcə qarında ağrılar çox şiddətli olur.

Mədəaltı vəzi xərçənginin dəqiq səbəbləri bilinmir, lakin bəzi risk faktorları mövcuddur. Bu irsiyyət, siqaret çəkmək, pankreatit, 2-ci tip şəkərli diabet xəstəliyidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.