Maraqlı

Dünyanın ən yaşlı insanı ispaniyalı qadın oldu

21 Yanvar 2023 08:24
Baxış: 656
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ginnesin Rekordlar Kitabı" İspaniyadan olan 115 yaşlı qadının hazırda dünyanın ən yaşlı insanı olduğunu bildirib.

Milli.Az "Report"a istinadən bildirir ki, Kataloniyada yaşayan Mariya Brune Moreyranın 115 yaş yaşı var.

O, yanvarın 17-də 118 yaşında vəfat edən Fransa vətəndaşı Andre bacıdan (Lusil Randon - əsl adı) sonra yaşayan ən yaşlı insan və ən yaşlı qadın olub.

Morera 4 mart 1907-ci ildə San-Fransiskoda anadan olub və 8 yaşında ailəsi ilə birlikdə İspaniyaya köçüb. O, son 22 il ərzində Santa Maria del Tura Qocalar Evində yaşayır və "Ginnesin Rekordlar Kitabı"nın məlumatına görə sağlamlığı yaxşıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.