Maraqlı

Ancelina Coli restoranda gənc aktyorla GÖRÜNTÜLƏNDİ - FOTO

4 Yanvar 2023 14:53
Baxış: 1 219
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hollivudun məşhur aktrisası Ancelina Coli 2023-cü ilə yeni sevgi ilə daxil olub.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, Coli "Normal insanlar" serialının ulduzu, 26 yaşlı Pol Meskal ilə London kafelərindən birində görüntülənib.  

Onlar qəhvə içərkən şahidlərdən biri şəkillərini lentə alıb.

Lakin bu görüşü romantik adlandırmaq olmaz. Çünki gənc aktyor və Ancelinanın yanında qızı Şilo da olub.

İnsayderlərin sözlərinə görə, Coli qızı ilə Almeyda teatrına baş çəkib, orada "A Streetcar Named Desire" tamaşasına baxıblar. Məhz burada Pol əsas rollardan birini oynayır. Görünür, Ancelina yüksələn ulduzun rolundan o qədər həyəcanlanıb ki, sevincini şəxsən ifadə etmək üçün onunla görüşüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.