Maraqlı

Qışda papaq taxmaq saçları tökür - DERMATOLOQ

3 Yanvar 2023 12:40
Baxış: 927
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qışda yanlış seçilmiş papaq, şapka saçın tökülməsinə səbəb ola bilər".

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, bu sözləri dermatoloq Tatyana Eqorova müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, papağın kiçik ölçülü olması beyin qan dövranını pozur və saçları zədələyir.

Dermatoloq, həmçinin onların materialına da diqqət etməyi məsləhət görüb:

"Pambıq materiallı papaqlara, şapkalara üstünlük verin. Sintetikdən hazırlanan papaqlar saçları elektrikləndirir, hüceyrə membranlarını məhv edir. Nəticədə saçlar daha sürətli tökülməyə başlayır".

Həkim qanda dəmir və hemoqlobin səviyyəsinin aşağı olmasının da saç tökülməsinə səbəb ola biləcəyini qeyd edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.