Maraqlı

Bursit

3 Yanvar 2023 08:01
Baxış: 613
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Oynaq kisəsi iltihabına bursit deyilir. Oynağa çox güclü təzyiq olduqda baş verir.
Ümumi məlumat:
Bilmək lazımdır ki, istənilən hərəkət vətərlərin, bağların oynaq nahiyəsində bir-birinə nisbətən sürtünməsi ilə müşayiət olunur. Bu sürtünmə oynaqətrafı maye hesabına yumşaq olur. Bursit zamanı oynağa çox böyük güc düşür.
Səbəbləri:
Bursit oynaqətrafı boşluğun travması nəticəsində baş verə bilər. Məsələn, basketbol oynadıqdan sonra fiziki gərginlik bursitə səbəb ola bilər. Bursit ən çox çiyin oynaqlarında yaranır. Bu zaman ağrı ciynin arxa tərəfində hiss olunur, sonra dirsək, bud, diz, topuq, dabanarxası nahiyədə qeyd olunur.
Ən çox ağırlaşması infeksiyalaşmadır.
Simptomları:
-iltihab, oynaq nahiyəsində şişkinlik
-hərəkətin məhdudlaşması
-həmin nahiyədə dərinin qızarması və hərarətin qalxması
Siz nə edə bilərsiniz:
Bu zaman çalışın oynağa sakitlik verin, iltihabı azaltmaq üçun iltihabəleyhinə dərmanlardan istifadə edə bilərsiniz. Əgər dirsək oynağı zədələnibsə həmin nahiyəyə elastik sarğı qoyun.
Soyuq və isti kompress növbə ilə qoyulduqda ağrını azaldır. Bu zaman oynağı yavaş-yavaş hərəkət etdirmək lazımdır.
Həkim nə edə bilər:
Həkim oynaq mayesini analiz üçün punksiya edir, xəstəni rentgenə göndərir. Oynağa tərpənməmək üçün şina qoyulur. İltihabı götürmək üçün iltihabəleyhinə, ağrıkəsici maddələr təyin olunur. Ağır hallarda zədələnmiş oynaq kisəsi cərrahi yolla aradan götürülür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.