Maraqlı

Bədənimizdə yaşayan bakterilər bizi xərçəngdən qoruyur

1 Yanvar 2023 15:30
Baxış: 437
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bağırsaqlarımızda trilyonlarala bakterilər yaşayır. Elmdə onların yalnız 10% araşdırılıb, digərləri mikrobioloqlar üçün sirr olaraq qalır.

Xarici mətbuatın məlumatına görə, Texas Universiteti (ABŞ) alimləri araşdırmalar zamanı insan orqanizmində yaşayan və orqanizmə güclü xərçəngəleyhinə təsir edən bakterilər aşkar ediblər.

Ruminococcus bakteriləri bağırsaqlarda yaşayır və burada əmələ gələn xərçəng hüceyrələrini məhv edir. Alimlər gələcəkdə Ruminococcus bakterilərinin bu təsirini xərçəngin müalicəsi və profilaktikasında istifadə etməyi planlaşdırır.

Ümumiyyətlə bağırsaqların mikroflorası insanın sağlamlığında çox böyük rol oynayır. Xüsusilə bu immun sisteminin fəaliyyətinə aiddir. Sağlam, normal bağırsaq mikroflorası sağlamlığımızın əsas təməllərindən biridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.