Maraqlı

Subaraxnoidal qansızmalar

29 Dekabr 2022 08:46
Baxış: 748
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Etiologiya:
Spinal subaraxnoidal qansızmalar damar anomaliyaları, qanın laxtalanmasının pozulması, şişlər zamanı baş verir.
Klinikası:
Xəstəlik kürəkdə kəskin ağrı (xəncər zərbəsi), intensiv kökcük ağrıları, paresteziyalarla başlanır. Paresteziyalar ayağa və onurğaya elektrik cərəyanı zərbəsini xatırladır. Paravertebral əzələlərin gərginliyi inkişaf edir, baldırın bükücü əzələlərinin tonusu artır. Tezliklə hərarət yüksəlir, müayinə zamanı onurğa mayesində qan aşkar edilir.
Subaraxnoidal boşluğa axan qan, tezliklə kəllə boşluğuna keçir, kökcük ağrılarına ürəkbulanma, qusma qoşulur.
Əgər subaraxnoidal qansızma hematomieliya ilə birgə müşahidə edilmirsə, onurğa beynin zədələnmə əlamətləri spinal insultun bu formasının ilk günlər və ya ilk həftəsində geriyə inkişaf edir.
Kəllə boşluğuna axan qan qıcolmalara, gözü hərəkətə gətirən sinirlərin funksiya pozulmalarına, göz dibində durğunluğa səbəb olursa, spinal subaraxnoidal qansızmaların diaqnozu çətinləşir.
Diaqnostika:
Xəstəliyə diaqnoz qoymaq üçün həkimin diqqətli omağı vacibdir. Spinal subaraxnoidal qansızmaların dəqiq diaqnozu selektiv angioqrafiya vasitəsilə dəqiqləşdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.