Maraqlı

Uşağa gündə nə qədər konfet vermək olar?

20 Dekabr 2022 22:25
Baxış: 765
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Valideynlər uşaqlara Yeni il günlərində verilən konfet və şirniyyatın miqdarına diqqət yetirməlidir.

Bakupost.az xəbər verir ki, məşhur pediatr İsmail Osmanov yol verilən konfet miqdarını açıqlayıb.

"4-6 yaş uşaqlara gündə 2-3 ədəd konfet verilə bilər, 7-12 yaş uşaqlara isə 3-4 ədəd yetərlidir. Uşaqlar üçün 5-6 ədəd konfet, şokolad aşırı həddir.
Konfetlər uşaq orqanizmi üçün çətin həzm olunan qidadır. Mədə, mədəaltı vəzi və qaraciyərə əlavə yükdür. Bu zaman mədəaltı vəz normadan artıq ferment hasil edir. Bu da qanda şəkəri və insulini qaldırır. Xüsusən səhərlər və axşam yatmazdan əvvəl konfet vermək olmaz.

Yeni il hədiyyələrinin tezbazar, 1-2 günə yeyilməsi uşaqlarda qəbizlik, qarında problem, ürəkbulanma və sinir gərginliyi verə bilər. Valideynlər uşağa hədiyyə qutusunu verib, konfetləri yeməsinə icazə verməməlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.