Maraqlı

Lobya və mərci bu şəxslərə ziyan vura bilər

24 Dekabr 2022 21:30
Baxış: 951
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lobya və mərci ürək qan damar sistemi üçün çox faydalıdır.

Elmi tədqiqatlar sübut edib ki, həftə ərzində qidasında lobya, mərci olan insanlarda yüksək təzyiq, ürəyin işemiyası, infarkt, damarların tutulması riski 10% azdır. Eləcə də onlar piylənmədən əziyyət çəkmir.

Bunula belə, bəzi insanlara paxlalı bitkilər olduqca zərərlidir. Rusiyalı dietoloq-endokrinoloq Yelena Şetinina bu barədə danışıb.

"Sidik turşusu yüksək olanda və podaqra olan insanlara rasionundan paxlalıları xaric etməyi məsləhət görürük. Çünki bu qidalar turşu səviyyəsini artırır və xəstəliyi şiddətləndirir".

Həkim həmçinin mədə-bağırsaq traktının patologiyası olanlara paxlalı bitkiləri məsləhət görməyib.

"Yəni, paxlalı bitkiləri yalnız xəstəliyin kəskinləşməsi olmadığı dövrdə yemək olar", - deyə Şetinina əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.