Maraqlı

Şirin və yağlı qida intelekt səviyyəni aşağı salır

15 Dekabr 2022 22:30
Baxış: 800
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bristol universitetinin tədqiqatçıları təsdiq edirlər ki, erkən yaşlı uşaqların qidalanması gələcəkdə onların intellekt səviyyəsinə (İQ) təsir edir.

Alimlər araşdırmalar nəticəsində belə qərara gəliblər ki, yağlı və şirin qida uşağın intellekt səviyyəsini aşağı salır.

Həkimlər bir neçə il ərzində bir qrup uşaqları tədqiq edirdilər. Məlum oldu ki, 3 yaşında şirin və yağlı qidaları tez-tez qəbul edən uşaqların, 8 yaşında İQ səviyyəsi digər yaşıdlarla müqayisədə daha aşağı səviyyədə olub. Düzgün qidalanan uşaqların İQ səviyyəsi daha yüksək olur.

Expertlərin fikrinə görə, bunun səbəbi odur ki, uşağın beyini məhz 3 yaşında daha intensiv şəkildə inkişaf edir. Həkimlər uşaqların rasionunda yağlı və şirin qidaları məhdudlaşdırmağı məsləhət görürlər. Alimlərin fikrinə görə, bu halda uşaqlar həm sağlam, həm də ağıllı böyüyəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.