Maraqlı

Damarları dərmansız necə təmiz saxlamaq olar? - Kardioloqdan

15 Noyabr 2022 22:35
Baxış: 1 248
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcü kardioloq Tamaz Qaqloşvili epidemiya, pandemiya, hərəkətsizlik və stress dövründə damarların çox əziyyət çəkdiyini bildirib.
Damarlar təkcə ürəyi sıradan çıxarmır, eləcə də böyrək, baş beyində də patologiyalar yaradır.

"Medicina" xəbər verir ki, həkim ilk növbədə fiziki aktivliyi artırmağı tövsiyə edir.

Hər gün aerobik məşqlər etməklə damarlar nə qazanacaq?

Yüksək təzyiq zamanı sistolik təzyiq 55 mm civə sütunu enəcək.
Lipid, triqliseridlər, xolesterin azalacaq. Bu yolla damarlar, təmizlənir.

Toxumaların insulinə həssaslığı artacaq, bu da şəkəri tənzimləyəcək.
Preddiabet, diabet xəstələri üçün bu çox vacibdir.

Orqanizmdə ümumi iltihab, C reaktiv zülal düşəcək.
Bu zülal damarlarda iltihab çoxalanda da yüksəlir.

Nə qədər C reaktiv çoxdursa, bir o qədər ateroskleroz var deməkdir.

Eləcə də çəki azalır, çəki normaya düşdükcə ürək damarlarının yüklənməsi azalır.

Bunun üçün qaçış trenajoru, velotrenajor, tennis, kardioməşqlər, açıq havada skandinaviya yerişi seçə bilərsiz.
Kardio məşqləri tədricən, minimaldan az tempdə başlamaq lazımdır. Mütləq peşəkar trener olmalıdır.

Ürək-damar xəstəliklərində fiziki yük əks göstəriş deyil, əksinə lazımdır. Eləcə də müalicəvi bədən tərbiyəsi hərəkətlərini hər gün etmək olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.