Maraqlı

Əsl kişini necə böyütməli?

26 Noyabr 2022 08:59
Baxış: 1 377
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İndiki zamanda qadınların kişilərdən giley-güzar elədiklərinin dəfələrlə şahidi olmuşuq. Qadınların çox hissəsi öz ərlərindən şikayət edərkən ərlərində əsl kişiyə xas olan keyfiyyətlərin olmadığındam şikayətlənirlər. Bəs onlar özləri necə? Ozlərinin tərbiyə elədikləri oğlanlarını əsl kişi kimi yetişdirə bilirlərmi?
Evin kişisi səhərdən axşama qədər gününü işdə keçirdiyinə görə oğlan uşaqlarının tərbiyəsi ilə anaları məşğul olmaq məcburiyyətində qalır. Anaların çoxu öz oğluna bir kişi kimi yanaşmır. Onu sərbəst fikrini söyləməyə, çətinliklərlə üzləşməyə qoymur.
Oğlan uşaqlqrının kişi kimi yetişməsi üçün uşağın 3 yaşından ona kişi kimi yanaşmaq lazımdır.
Kişi bacarmalıdır!  Kişisən bacar!  Sən özünü kişi kimi aparmalısan kimi sözlərlə oğlan uşaqlarını tərbiyələndirmək lazım deyil. Uşaqlar böyüdükcə sosial bir fərd kimi yetişirlər. Oğlan uşaqları "kişilik" dərslərini ona deyilən sərt sözlərdən deyil, evdə onunla yaşayan kişidən götürür.
Oğlan uşaqları ağlayıb-qışqırarkən, ona "Sən ki, kişisən, niyə qışqırırsan? Sözünü kişi kimi sakitcə deyə bilərsən." deyə-deyə onu proqramlaşdırmaq olar.
Oğlan uşaqları ilə belə danışaraq onu oğlan kimi tərbiyələndirmək lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.