Maraqlı

Qışda SAĞLAM OLMAQ üçün nə yeyək? - Mütəxəssis açıqladı

17 Noyabr 2022 22:30
Baxış: 1 083
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qış mövsümünə keçid etməyə çox az qalıb. Soyuq aylarda temperaturun düşməsi ilə uşaqlarda və yaşlılarda önəmli dəyişikliklər baş verir.

A, C, E və əsas da D vitamininin bədənimizdə düşməsin deyə, sizə faydalı məsləhətlər verəcəyik.

Qida və pəhriz üzrə mütəxəssisi Hande Güngör deyir ki, gündə ən azı iki porsiya meyvə və üç porsiya tərəvəz yemək məsləhətdir:

"Qış aylarında kök, brokoli, balqabaq, kələm, pırasa, cəfəri kimi tərəvəzlərə, portağal, alma kimi meyvələrə üstünlük verilməlidir. Ayrıca, E vitamini qaynaqlı dəni bitkilər və çərəzlər gündəlik istifadədə balanslı olmalıdır. Həftədə 2-3 dəfə noxud, quru lobya, mərci və digər dənli bitkilər, gündə 20-30 qram olmaqla qoz, fındıq, badam kimi çərəzlər yeyilməlidir.

Sümük və diş sağlamlığı baxımından önəmli olan D vitamininin günəş şüalarıyla dəriyə ötürülməsi vacibdir. Ancaq qışda günəşin az göründüyü üçün vücud D vitamini əskikliyini hiss etməsin deyə, balıq yeməklə tərkibindəki Omega 3, kalsium, fosfor, selenium, yodlu minerallar və E vitamini kimi vacib elementləri qəbul etmiş oluruq".

Mütəxəssis bu səbəbdən həftədə 2-3 dəfə balıq yemək, marqarin, kərə yağı, yüksək yağlı və xolesterinli ətlər, bəsit karbohidratlı şirniyyat kimi  yeməklərə üstünlük verməməyimizi, sağlam  sayılan zeytun yağını, yağlı toxumlu bitkiləri, çərəzləri yetərli porsiyalarda qəbul etməli olduğumuzu qeyd edib.

Bundan başqa, "Sağlam yaşamaq üçün çalışın, evdə düzgün hazırlanan, süni qidalardan uzaq yeməkləri yeyin", -  mütəxəssis bildirib. /Lent.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.