Maraqlı

Nəsildə xərçəng varsa, hər kəs xəstə ola bilər?

8 Noyabr 2022 19:35
Baxış: 892
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ailə üzvlərində, baba nənələrdə xərçəngin olması, xəstəliyin mütləq irsən ötürüləcəyi anlamına gəlmir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, onkologiyada irsi faktor, məşhur inancın əksinə olaraq, əhəmiyyətsiz bir rol oynayır. Onkoloq, mammoloq, tibb elmləri namizədi Vladimir Vorotnikovun sözlərinə görə, xərçəngin irsi inkişaf riski cəmi 5% qiymətləndirilir.

"Əlbəttə, xərçəngin irsi ötürülməsi şansı həmişə var, lakin ailədə onkoloji xəstəliyin olması, bu xəstəliyə tutulacağınız anlamına gəlmir", - ekspert vurğulayıb.

Həkim ciddi problemlərin qarşısını almaq üçün profilaktik tədbirlərin vacibliyini qeyd edib. Bunlardan ən əsası isə xərçəngi erkən mərhələdə mükəmməl aşkar edən skrininq testidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.