Maraqlı

“WhatsApp”da yeni funksiya

2 Noyabr 2022 09:27
Baxış: 2 168
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"WhatsApp" messencerin yeni funksiya peyda olub. 

Artıq istifadəçi özü ilə yazışa bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, hazırda yenilik sınaq mərhələsindədir.

Açıqlamaya görə, yeni funksiya yaxın günlərdə həm Android, həm də iOS üçün tətbiqin istifadəçilərinə təqdim olunacaq.

Yeniliyin tətbiqindən sonra istifadəçilər əlaqə siyahısında mövcud özlərinə məxsus olan telefon nömrəsi ilə söhbət edə biləcəklər və həmin söhbət çat şəklində siyahıda saxlanılacaq.

Qeyd edək ki, əvvəllər istifadəçi özünə mesaj göndərmək üçün axtarışda telefon nömrəsini yığmalı idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.