Maraqlı

Maska taxaraq uşaqları qorxudan bağça müəllimələri sərt şəkildə CƏZALANDIRILDİ

22 Oktyabr 2022 08:27
Baxış: 1 009
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Missisipi ştatında uşaq bağçasında çəkilən görüntülər sosial medianın gündəmini zəbt edib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, "Halloween" bayramını qeyd etmək üçün Scream (Qışqırıq) maskası taxaraq kiçik uşaqları qorxudan və bu anları sosial şəbəkədə paylaşan körpələr evi işçilərinin cəzası açıqlanıb.

Uşaq bağçasının işçiləri S.M., O.K., J.N. və S.S-nin hər birinin uşaqlara qarşı kobudluq və zorakılıq ittihamı ilə həbs cəzası alacağı gözlənilir. Onların hər birinin 10 ilə qədər həbs olunacağı gözlənilir.

Uşaq bağçasının sahibi Şeyla Sanders yerli mediaya açıqlamasında sosial mediada yayılan videonu görəndə hadisədən xəbər tutduğunu və hadisədə iştirak edən bütün qadınları işdən çıxardığını da əlavə edib. Körpələr evi işçiləri işdən çıxarıldıqdan sonra valideynlərin ona dəstək olduğunu ifadə edən Sanders, bu vəziyyətin uşaqlara verdiyi travmaya görə üzr istəyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.