Maraqlı

Şəkərsiz diabet

18 Oktyabr 2022 07:21
Baxış: 708
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəkərsiz diabet xəstəliyi kəskin susuzluq, poliuriya, sidiyin nisbi sıxlığının az olması ilə təzahür edir. Şəkərsiz diabet zamanı xəstələr gün ərzində 5-25 litrə qədər su içirlər. Çox vaxt xəstəliyə 20-40 yaşları olan kişilərdə rast gəlinir. Şəkərsiz diabet əksər hallarda mübadilə endokrin və vegetetiv pozulmalarla birgə gedişə malik olur.
Xəstəliyin əmələ gəlmə səbəbi neyronların antidiuretik hormonlar ifraz edən nüvələrinin çatışmazlığıdır. Bu zaman qanda antidiuretik hormonların miqdarı aşağı düşür ki, bu da poliuriyaya və dolayısıyla polidipsiyaya səbəb olur.
Şəkərsiz diabet hipotalamusun pataqnomik zədələnməsinin əlaməti olub neyroendokrin sistemin mübadilə pozğunluğu sayılır. Nadir hallarda xəstəliyin qaraciyər və böyrəküstü hormonlar səbəbli meydana çıxan formalarına da rast gəlinir. Xəstəliyin əmələ gəlmə səbəbi kimi hipotalamusun infeksion, travmatik, şiş zədələnmələri də ön plana çəkilir. Şəkərsiz diabet zamanı orqanizmdə aşağıdakı patologiyalar meydana çıxa bilir:
- ekzoftalm
- hiperxollesterinemiya
- osteoparoz
- sümüklərin kalsiumsuzlaşması.
Xəstəliyə diaqnozun qoyulmasında sidiyin analizinin nəticəsləri əsas götürülür.
Müalicə xəstəliyi əmələ gətirən səbəbə qarşı aparılır. Əgər şiş səbəbli şəkərsiz diabet inkişaf edibsə, bu zaman müalicə cərrahi yolla aparılır.
Müxtəlif səbəblərdən baş verən şəkərsiz diabetdə isə hipotiazid, trankvilizatorlar və digər dərman preparatları vasitəsilə kurslarla müalicə tətbiq edilir

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.