Maraqlı

Orqanizmin sağlamlığında xalq təbabətinin rolu

20 Oktyabr 2022 06:03
0 Şərh     Baxış: 593
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gücü bərpa etmək üçün resept:
1apelsin, 1/4 qreypfurt, 1/4 qabıqlı limon ağır yeməklərdən sonra həzmi rahatlaşdırır, yorğun iş günündən sonra isə gücünüzü bərpa edir.
Soyuqdəyməni aradan qaldırmaq üçün resept:
1 iri apelsin, 1/2 qabıqlı limon, 1/4 stəkan mineral su sizin soyuqdəymə əlamətlərinizi aradan qaldıracaq.
Çəkini azaltmaq üçün resept:
1/2 çəhrayı qreypfurd və 2 almanı aclıq hiss etdiyiniz zaman yesəniz həm vitamin balansınız ödənər, həm də arıqlamış olarsınız.
Qanın təmizlənməsi üçün resept:
3 şirin alma, 8 çiyələkin şirəsi qanı təmizləməklə yanaşı, üzün dərisini də gözəlləşdirir.
Bədənin müqavimətini artırmaq üçün resept:
1 xurma, 1 dairəvi dilim ananas, 1 armuddan hazırlanmış şirə, xəstəliklərdən sonra yaranmış zəifliyi aradan qaldırır.
İmmun sistemi möhkəmləndirmək üçün resept:
3 ədəd yerkökü, 1 dəstə kərəviz, 1 alma, 1/2 çuğundur yarpaqları ilə  isladılmış buğdanın qarışımı immun sistemin dərmanıdır.
Əsəb sistemi xəstəlikləri üçün resept:
1/2 pomidor, 100 qram kələm, 2 dəstə kərəvizdən hazırlanmış salat hər gün yeyilərsə sinir sistemi möhkəmlənər.
Dərinin elastikliyini artırmaq üçün resept:
6 ədəd yerkökü, 1/2 acı yaşıl bibərlə qarışdırılıb gündə 1 dəfə yeyilərsə dərinin elastikliyi artar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.