Maraqlı

Nadir çəhrayı brilyant 98,1 milyona satıldı - FOTO

9 Oktyabr 2022 17:11
Baxış: 741
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

11,15 əyyarlıq ən nadir çəhrayı brilyant hesab olunan "Williamson Pink Star" satılıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, brilyant Honq-Konqda keçirilən hərracda 57,7 milyon dollar (təxminən 98 milyon 105 min 098 manat) qarşılığında yeni sahibini tapıb. Satış "Sotheby's" hərrac evi tərəfindən keçirilib. Bununla da sözügedən brilyant bir əyyarı dəyərinə görə dünyanın ən bahalı daşı olub.

Bildirilib ki, hərrac ilkin olaraq 17,8 milyon dollar məbləği ilə başlayıb və təxminən yarım saat davam edib. Bütün rüsumlar və komissiyalar nəzərə alınmaqla yekun qiymət 57,7 milyon dollar olub.

Qüsursuz almaz Tanzaniyadakı "Williamson" mədənindən çıxan 32 əyyarlıq almazdan kəsilib.

Qeyd edək ki, buna oxşar digər məşhur daş - eyni mədəndən çıxarılan "Williamson Pink Diamond" bu yaxınlarda vəfat etmiş Böyük Britaniya Kraliçası II Elizabetə məxsus idi. Mədənin sahibi, kanadalı geoloq Con Uilyamson 54,5 əyyarlıq işlənməmiş daşı Elizabetə Filiplə 1947-ci ilin noyabrında baş tutan toyları münasibəti ilə hədiyyə etmişdi.

Bundan başqa, hərrac evi 2017-ci ildə 59,60 əyyarlıq daha bir unikal şəhrayı almazın satışını həyata keçirib və daş 71,2 milyon dollara satılıb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory