Maraqlı

Balıq tutmağa 5 yaşlı qızı ilə getdi, axşam isə...

31 Avqust 2022 13:15
0 Şərh     Baxış: 1 604
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada Orenburq vilayətinin Buzuluk şəhər sakini balıq tutarkən beş yaşlı qızını unudub.

Milli.Az bildirir ki, bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verib.

Yerli sakin olan qadın polisə müraciət edib. Ana kiçik qızının yoxa çıxmasından danışıb. Onun sözlərinə görə, ər səhər qızla balıq tutmağa gedib, axşam isə uşaqsız və maşınsız qayıdıb.

"Ailə başçısı uşağın və maşının harada olduğunu xatırlaya bilməyib. Həm də polis əməkdaşlarına evə necə qayıtdığını izah edə bilməyib", - deyə idarədən bildiriblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları uşağın axtarışını təşkil edib, o, Buzuluk mikrorayonlarından birində avtomobildə yatarkən tapılıb. Qız polis bölməsində anasına təhvil verilib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.