Maraqlı

Yaşlı insanlara kompüter və telefon faydalıdır - Alimlər

3 Sentyabr 2022 20:30
Baxış: 624
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

60-69 yaş arasl insanların müasir gadjetləri öyrənməsi və istifadə etməsi yaddaş pozğunluğu, demensiya riskini 15% azaldır. Televizora baxmaq isə əksinə demensiyanı artırır və faydalı deyil.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu fikri amerikan epidemioloqları bildirib.

Onlar 146 min ingilisin tibbi məlumatlarını analiz ediblər.

Yaşlıların az hərəkət etməsi, fiziki aktivliyinin azalması və oturaq həyatı bir tərəfdən təbiətən uyğundur, digər tərəfdən onların beyin aktivliyini azaldır, bütün günü televizora baxmaq da xilas etmir.

Yaşlılar otura bilər, amma koqnitiv aktiv olmaq şərtilə. Buda oyunlar, kompüterdə işləmək, oxumaq aiddir.

Sübut olunub ki, kompüterdə vaxt keçirən insanlar intellekt testlərini daha yaxşı verir.

Texas universitetinin alimləri 60-69 yaş insanlar üzərində 4 illik müşahidələrin nəticəsində bildirib ki, gün ərzində 4-5 saat televizora baxan yaşlılarda gündə 1 saat kompüterdə işləyənlərə nisbətən demensiya riski 4 dəfə artır.

Alimlər bunu onunla izah edir ki, televizora baxmaq 100% hipodinamiyadır, komptürdə işləmək isə hərəki və beyin aktivliyi tələb edir. Ona görə birincidə enerji itkisi getmir, ikincidə isə enerji itirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.