Maraqlı

Qızılgül ləçəyi dəmləməsinin faydaları

30 Avqust 2022 07:21
Baxış: 579
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təzə qızılgül ləçəyinin dəmləməsindən  müxtəlif xəstəliklərin müalicə və profilaktikasında istifadə edilir. Bunun üçün bir neçə qızılgülün ləçəkləri fincana qoyulur və üzərinə yeni qaynamış su əlavə edilib ağzı örtülür. Bir müddət sonra içilir.
Qızılgül ləçəyi dəmləməsi antibakterial və antiseptik təsirə malikdir. Tərkibindəki antioksidant maddələr və vitaminlər onu bir çox xəstəliklərin müalicəsində faydalı edir. Bu dəmləmə oqranizmə aşağıdakı təsirləri göstərir:
* iltihab əleyhinə təsir göstərir
* dəridəki qızartıların azalmasına səbəb olur
* dəridəki sızanaqları sağaldır
* orqanizmi rahatladır
* stresi aradan qardırır
* yuxunu normallaşdırır
* dərini parıldadır
* enerji artırır
* dərinin yağlılığını azaldır
* yeni dəri hüceyrələrinin əmələ gəlməsinə səbəb olur
* təbii bir saç yumuşaldıcı təsiri var
* saçın uzanmasına və güclənməsinə səbəb olur
* kompresi göz altındakı şişkinliyi aradan qaldırır
* dərinin yaşlanmasının qarşısını alır
* günəş yanıqlarını sakitləşdirir
* qan dövranını sürətləndirir
* dərinin pH balansının normallaşdırır
* dişləri gücləndirir və ağız qoxusunu aradan qaldırır.
Dəri və gözaltı nahiyəyə kompres şəklində qoyduqda, qızılgül ləçəyi dəmləməsinə az miqdarda qızılgül yağı əlavə edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.