Maraqlı

Mixəyin faydaları

16 Avqust 2022 08:15
0 Şərh     Baxış: 784
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mixək Şərq ölkələrinin mətbəxində yeməklərdə və içkilərdə istifadə olunur. Mixəkdən dəmlənmiş çay, gözəl ətri ilə insanda xoş duyğular oyatmaqla yanaşı müalicəvi təsirə də malikdir. Mixəyin tərkibi aşağıdakılarla zəngindir:
- A, K, E, B vitaminləri
- kalsium
- kalium
- marqanes
- uçucu yağlar
- omeqa 3
- omeqa 6.
Mixək ən çox diş ağıları zamanı ağrıkəsici vasitə kimi istifadə edilir. Bu səbəbdən də diş məcunlarının hazırlanmasında mixəkdən istifadə edilir. Bir miqdar əzilmiş mixəyi ağrıyan dişin üzərinə qoyduqda dərhal ağrı aradan qalxır.
Mixək yağı içildikdə ürəkbulanma və qusma əlamətləri aradan qalxır. Xüsusilə də səhərlər baş verən qusmalar zamanı acqarına bir çay qaşığı mixək tozunu, 1 çay qaşığı balla içmək faydalıdır.
Mixək çayı öskürəyin və ağızdan gələn qoxunun aradan qalxmasına yardım edir. Müxtəlif səbəblərdən baş verən ağız qoxusunu aradan qaldırmaq üçün bir müddət hər gün mixək çayı içmək lazımdır.
Sinusit zamanı mixək tozunu buruna çəkmək xəstəliyin sağalmasında yardımçı olur. Buruna mixək tozu çəkmək baş ağrıları zamanı ağrıkəsici təsir göstərir.
Mixəyi su ilə qarışdırıb içdikdə bədəndə şişkinliklərin azalmasına səbəb olur. Mixək çayı yorğunluğu aradan qaldırmaqla yanaşı stress əlamətlərini də azaldır.
Mixək tozu və yağı dəri xəstəliklərinin sağalmasını sürətləndirir. Belə ki, mixək yağı akte xəstəliyini sağaldır və dərini cizvələrdən qoruyur. Mixək yağı dəridəki yara izlərini və ləkələri təmizləməklə yanaşı dəriyə mükəmməl antioksidant təsir göstərir. Onun tərkibindəki A və C vitamini və minerallar sayəsində dəri sərbəst radikallardan qorunur.
Mixək çayı əsəb xəstəlikləri zamanı sakitləşdirici təsir göstərir. Qrip və soyuqdəymə zamanı isti mixək çayı içmək boğaz ağrılarını aradan qaldırmaqla yanaşı tərlədici təsir göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.