Maraqlı

Soyuq əllər bu ciddi xəstəliklərin əlaməti ola bilər - XƏBƏRDARLIQ

14 Avqust 2022 22:30
0 Şərh     Baxış: 723
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Soyuq əllər sağlamlıq bağlı problemlərin yarandığından xəbər verə bilər.

Bu barədə rusiyalı damar həkimlərinin və damar cərrahlarının birgə rəyində bildirilir.

"Əgər bir adam soyuq əllərdən narahatdırsa, problemin səbəbini öyrənmək lazımdır. Bbəzi hallarda soyuq əllər fizioloji normadır, məsələn, ilin soyuq havalarında və ya aşağı hava temeperaturunda.

Ancaq əllər mövsümdən və otaq temperaturundan asılı olmayaraq soyuq olarsa, bu bəzi sağlamlıq problemlərinə işarə edə bilər", - mütəxəsislər bildiriblər.

"Səbəblər çox ola bilər və belə bir problemi olan bir insana kömək etmək üçün əvvəlcə zərərli vərdişlərdən imtina etməyi, həyatda fiziki aktivliyi və idmanı artırmağı, həkimlərin tövsiyələrini dinləməyi, qan təzyiqini və xolesterol səviyyənizi mütəmadi olaraq yoxlamağı məsləhət görürük", - yayımlanan birgə rəydə tövsiyə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.