Maraqlı

İsti havada başağrısının səbəbləri nələrdir?

11 Avqust 2022 20:01
0 Şərh     Baxış: 386
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Miqren tutmasından əziyyət çəkən insanlarda isti havada başağrılarının kəskinləşməsi baş verir ki, bunun da əsas səbəblərindən biri orqanizmin susuzlaşmasıdır.

Bu barədə nevroloq Anna Kudryavtseva "Doktor Peter" portalına bildirib.

Onun sözlərinə görə, miqreni təhrik edən amillərdən biri gün işığı ola bilər ki, gözün torlu qişasından və görmə sinirindən keçərək beynin xüsusilə həssas hüceyrələrini aktivləşdirir və nəticədə də bu hüceyrələrin qıcıqlanması şiddətli başağrılarına səbəb ola bilir.

"İsti havalarda başağrılarının ikinci təhrikedici səbəblərindən biri də orqanizmin susuzlaşmasıdır. Yayda, isti günlərdə bədən dəri vasitəsilə çoxlu maye itirir, ona görə də bu itkini kompensasiya etmək və kifayət qədər su içmək vacibdir. Normal şərtlərdə tələb olunan maye miqdarı 1 kq çəki üçün 25-30 ml-dir, lakin isti havalarda daha çox içilməsi zəruridir", - deyə həkim məlumat verib.

Həmçinin miqrenin yaranmasına həddindən artıq soyuq yeməklər - dondurma və ya buzlu içkilər də səbəb ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.