Maraqlı

İsti hava qadın orqanizmi üçün təhlükəlidir - ALİMLƏR

23 İyul 2022 22:25
0 Şərh     Baxış: 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alimlər sübut edib ki, isti hava dalğaları qadınlara daha pis təsir edir, nəinki kişilərə.

Milli.Az bakupost-a istinadən xəbər verir ki, Niderlandın Vilyuss universitetinin alimləri 2003-cü ildə Fransada baş vermiş dəhşətli istilik dalğaları dövrünü araşdırıb.
Məlum olub ki, həmin müddətdə qadınlar arasında ölüm 15% daha yüksək olub.

Holland və alman alimləri tərəfindən aparılan digər araşdırmada da son 23 ildə havanın kəskin yüksəldiyi dövrdə qadın ölümləri statistikasının yüksək olduğunu göstərib.

Bu bir sıra faktorlar asılıdır: qadınlarda bədənin daxili hararəti ovulyasiya dövründə daha da artır, onlarda kardiovaskulyar sistem istiyə həssasdır.

Beləliklə, alimlər istinin təsir etdiyi risk qrupuna 75 yaşdan yuxarı insanları, ürək xəstələrini, uşaqları və qadınları daxil ediblər.

"Yaşlı adamlar cavanlara nisbətən 2 dəfə az tərləyir, qadınlar isə kişilərə nisbətdə az tər ifraz edir. İsti havada isə tərləmə daxili soyudur. Qadınlarda bu sistem zəif işlədiyi üçün isti onlara pis təsir edir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.