Maraqlı

Daim su içmək istəyiriksə, zəhərlənmişik?

24 İyul 2022 02:14
0 Şərh     Baxış: 1 299
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Daimi susuzluq hissi maddələr mübadiləsi pozğunluqları və mədəaltı vəzi ilə bağlı problemlərin əlaməti ola bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə terapevt Lyudmila Lapa məlumat verib.

Mədə-bağırsaq traktı xəstəlikləri susuzluq hissi yarada bilər, həmçinin diabet və ya kəskin intoksikasiya zamanı da orqanizm su tələb edə bilər.

"Susuzluq mədə-bağırsaq traktının və onun yuxarı hissələrinin işi ilə əlaqəli əksər problemlərin göstəricisidir. Bunun öd və ya aclıq hissindən də qaynaqlanması mümkündür. Və ən əsası, susuzluq intoksikasiyanın varlığından xəbər verə bilər. Bütün bunlar su içmək istəyini yaradır", - deyə terapevt xəbərdarlıq edib.

Həkim qeyd edib ki, daimi susuzluq zəhərlənmənin də ilkin əlaməti ola bilər, belə ki, bu yolla orqanizm zəhərli maddələrdən xilas olmağa çalışır. Bu vəziyyətdə təmiz sərin suya üstünlük verərək bol maye qəbul etmək tövsiyə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.